27 noyabr 2010 20:29
Mirça Rednik: Heç-heçəni ədalətli nəticə sayıram
Xəzər Lənkəran klubunun baş məşqçisi Mirça Rednik bu gün keçirilən Bakı ilə Premyer Liqanın 15-ci turunun oyunuyla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“1:1 hesablı nəticə bərabər səviyyəli komandaların mübarizə apardığını bir daha göstərdi. İlk hissəni Xəzər Lənkəran`ın hesabına yazmaq olar. Uinston Parks əlinə düşən imkandan faydalanıb gözəl qol vurdu. İkinci hissədə isə Bakı təzyiqi artırdı və hesabı bərabərləşdirdi. Bakı kimi komanda ilə oyunda 1 xal pis nəticə deyil, lakin qələbə qazanmaq daha yaxşı olardı. Heç-heçəni bu oyuna görə ədalətli nəticə sayıram”.
