27 noyabr 2010 20:36
Vinfrid Şefer: Nəticəni hər iki tərəf üçün yaxşı saymaq olar
Bakı klubunun baş məşqçisi Vinfrid Şefer bu gün keçirilən Xəzər Lənkəran`la Premyer Liqanın 15-ci turunun ev oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:
“Oyun çox gərgin keçdi. Buraxdığımız səhvdən sonra hesabda geri düşdük. Nəticəni hər iki tərəf üçün yaxşı saymaq olar. Xəzər Lənkəran Azərbaycanın ən yaxşı komandalarından biridir. İkinci hissədə rəqibə daha çox təsir göstərdik, hesabı bərabərləşdirdik. Lakin bundan artığını edə bilmədik”.
