27 noyabr 2010 20:54
Millimizin sabiq üzvü 90 dəqiqə oynadı, qələbəyə sevindi
Türkiyə Bank Asiya Liqasında 14-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq üzvləri - İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu Mersin İdman Yurdu doğma divarlar arasında son pillələrdə gedən Giresunspor`u qəbul edib.
Ötən həftə qələbə qazanan mersinlilər bu dəfə də həmin uğurun davamını gətirməyi bacarıblar. Həmyerlilərimizin komandasına ardıcıl qələbəni bu dəfə matçdakı yeganə qolun müəllifi Şehmus qazandırıb. Onun 65-ci dəqiqədəki qolu sayəsində xallarının sayını 20-yə çatdıran Mersin İdman Yurdu 5-ci pilləyə yüksəlib.
Mersin klubunun baş məşqçisi Nurullah Sağlam yenə millimizin keçmiş üzvlərindən Ernanini oynatdığı halda, İlqara şans tanımayıb. Qurbanov "18-liy"ə salınsa da, ehtiyatda qalıb. Ötən oyunda olduğu kimi, start heyətində meydana çıxan Pereyra sona kimi meydanda qalıb.
