27 noyabr 2010 21:16
Bakı və XL arasında “banner müharibəsi" davam edir
Bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində baş tutan Bakı – Xəzər Lənkəran oyununda meydan sahiblərinin azarkeşləri bir qədər qeyr-adi banner nümayiş etdiriblər. Azerisport.az xəbər verir ki, bununla həmin azarkeşlər qonaq tərəfdarlara cavab verməyə çalışıblar.
Bannerin üzərindəki sözləri şəkildən də görmək mümkündü: “Hər şey göz qabağında! Kim, kimin qucağında?!).
Qeyd edək ki, bu daha çox cənublu tərəfdarların ilk dövrədə Lənkəranda keçirilən oyunda qaldırdığı bannerə cavab xarakteri daşıyıb. Xatırladaq ki, o dövrdə də lənkəranlılar “Sevirəm Xəzərin qrucağındakı, ey əziz, ey gözəl, mehriban Bakı” şüarını düşünmüşdülər.
