27 noyabr 2010 11:46
Materatsi: Zidanın kəlləsi Etonunkindən fərqliydi
İtaliyanın Inter klubunun müdafiəçisi Marko Materatsi, Chievo matçında Bostjan Sesara kəllə atan Samuel Etonun hərəkətini 2006-cı ildə keçirilən dünya çempionatının finalında eyni hərəkətə yol verən Zinədin Zidanın ona atdığı kəlləylə müqayisə edib. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi bu iki oyunçunun etdiyi hərəkətin fərqli olduğunu dilə gətirib:
“İki hərəkət arasında böyük bir fərq var. Çünki Eto hər kəsdən üzr dilədi. Zidanın o hərəkətdən sonrakı açıqlamaları qarşısında isə şok olmuşdum”.
