27 noyabr 2010 12:07
Millimizlə oyun öncəsi Uruqvay sınağı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Almaniya yığması özünə yeni sınaqçı-rəqib tapıb. Azerisport.az xəbər verir ki, Almaniya Futbol İttifaqının rəhbərliyinin uruqvaylı həmkarlarıyla apardığı danışıqlar uğurla nəticələnib.
Bu iki ölkə millisi arasındakı yoldaşlıq görüşü mayın 29-da Almaniyada baş tutacaq. Bu isə bundestimin 7 iyunda Bakıda millimizlə görüşü öncəsi son sınaq olacaq.
