28 noyabr 2010 00:58
Tuyqun Nadirov: HK Vüsal Əliyevin işini sərt qiymətləndirməlidir
Xəzər Lənkəran`ın vitse-prezidenti Tuyqun Nadirov hesab edir ki, Hakimlər Komitəsi FİFA referisi Vüsal Əliyevi cəzalandırmalıdır. Azerisport.az-a açıqlamasında cənub klubunun təmsilçisi bildirib ki, bu ədalət təmsilçisinin Azərbaycan çempionatının 15-ci turunda Bakı`ya qarşı keçirdikləri oyundakı işi sərt qiymətləndirilməlidir:
“Mən hakimlərin işini şərh etməyəcəyəm, bunu doqquz milyon insan gördü. Qoy işi AFFA Hakimlər Komitəsi qiymətləndirsin. Düşünürəm ki, onda hər şey aydın olacaq. Oyuna çoxlu azarkeş baxırdı, onların hamısını aldatmaq olmaz”.
