28 noyabr 2010 01:08
Bakı elektron lövhəyə görə 150 min manat xərcə düşüb
Bakı futbol klubu meydan kənarında yerləşən reklam bannerləri üçün beynəlxalq təcrübədən yararlanmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, elektron lövhələrin quraşdırılmasına artıq başlanılıb. Hətta Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən Bakı - Xəzər Lənkəran oyununun gedişində quraşdırılma işləri dayandırılmayıb. Güman olunur ki, paytaxt klubundan başqa müəyyən ödəniş müqabilində bundan digər klublar və Azərbaycan yığması da istifadə edə biləcək. Elektron lövhələrin ümumi dəyəri isə 150 min manat təşkil edib.
