28 noyabr 2010 14:14
Mourinyo Arsen Vengeri ələ saldı
Verdiyi açıqlamalarla daim qalmaqal yaradan portuqaliyalı məşqçi, hazırda Madridin Real klubunu çalışdıran Joze Mourinyo vaxtilə İngiltərə çempionatında qarşılaşdıqları Arsen Vengeri yenidən müzakirə obyektinə çevirib. Azerisport.az xəbər verir ki, buna səbəb Arsenal`ın çalışdırıcısının Ajax ilə Çempionlar Liqasının matçında Real`ın iki futbolçusunun qırmızı vərəqə almasını “qorxunc" adlandırması səbəb olub.
Vengerin bu məsələylə bağlı açıqlamalarından qəzəblənən Mour da gözünü yumub, ağzını açıb: “Cənab Venger Real`ı müzakirə etməkdənsə, tərəfdarlarına 2005-ci ildən bəri niyə bir kubok belə qazana bilmədiklərini, Çempionlar Liqasına ilk dəfə qatılan komandaya necə 2 cavabsız qolla yenilmələrini açıqlamalıdır. Sanya, Klişi, Uokot, Fabreqas, Sonq, Nəsri, Van Persi, Arşavin kimi oyunçular artıq uşaq deyillər. Arsenal artıq gənc oyunçuların komandası deyil”.
