28 noyabr 2010 01:57
Baku Fires qazaxları Astanada məğlub etdi
World Series Boxing (Ümumdünya Boks Seriyası) turnirinin Qazaxıstanın paytaxtı Almatı şəhərində təşkil olunan ikinci turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, WSB Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Baku Fires” növbəti qələbəsini qazanıb. Komandamız yerli “Astana Arlans” klubunu 4:1 hesabı ilə məğlub edib.
54 kq çəki dərəcəsində Rəhim Nəcəfov Nurlan Seitimbetovu məğlub edib. 61 kq çəkidə Koba Pxakadze Yerjan Musafirova uduzub. Məhəmməd Nuritdinov (73 kq) Baxıt Sersekbayevi, Denis Poyatska (85 kq) Marat Moldaqereyevi, Məhəmmədrəsul Məcidov (+91 kq) isə Milutin Stakoviçi məglub edib. “Baku Fires”in növbəti görüşü dekabrın 11-də baş tutacaq.
