28 noyabr 2010 16:04
Sxadadze: Bu, məğlubiyyətimizə bəraət qazandırmır
Son ölkə çempionu İnter klubunun baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən Premyer Liqanın 15-ci turunun Muğan`la səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı minimal hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Muğan klubunu qələbə münasibəti ilə təbrik edirəm. Belə meydanda oynamaq hər iki komandaya çətin idi. Lakin bu, məğlubiyyətimizə bəraət qazandırmır. Müdafiədə səhv buraxdıq, qapımızda qol gördük. Oyunun sonlarına yaxın qol vura bilərdik”.
