28 noyabr 2010 16:12
Muğan`ın məşqçisi: Oyundan qabaq da demişdim ki...
Muğan klubunun məşqçisi Bəhmən Həsənov bu gün keçirilən İnter ilə Premyer Liqanın 15-ci turunun oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı minimal hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Bu, həm də, mənim ilk qələbəmdır. Oyundan qabaq da demişdim ki, bizim öz oyun üslübumuz var, ona uyğun oynasaq nəticəsini görəcəyik. Öz oyunumuzu oynadıq, qalib gəldik. İnter`ə gələcək oyunlarda uğurlar arzulayıram”.
