28 noyabr 2010 16:24
Məşhur qapıçı və şərhçi Vladimir Maslaçenko həyatdan köçdü
Keçən həftə 74 yaşlı Vladimir Maslaçenko insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Azerisport.az xəbər verir ki, bu gün səhər saat 10:00 radələrində onun ürəyi dayanmış, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır.
Dnepropetrovs vilayətində doğulmuş Maslaçenko karyerasının ilk illərində Spartak (Krivoroq), Metallurq (Dnepropetrovsk) (o zaman Dnepr), klublarında çıxış edib. Sonralar Moskvaya gəlişi ilə uzun müddət yerli Lokomotiv və Spartak klublarında oynayıb. SSRİ yığmasının heyətində 8 oyun keçirib. DÇ-58 və qalibi olduğu AÇ-60-ın iştirakçısı kimi Lev Yaşinin əvəzedicisi olub. İdman karyerasını bitirdikdən sonra uzun illər futbol jurnalisti və şərhçi kimi çalışıb. Gənc nəslə örnək olub.
