28 noyabr 2010 17:09
Dzodzuaşvili: Rəqibimizlə başabaş mübarizə apardıq
Turan klubunun baş məşqçisi Revaz Dzodzuaşvili bu gün keçirilən Premyer Liqanın 15-ci turunun AZAL ilə ev oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis 1:2 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Çox gərgin və gözəl oyunun şahidi olduq. Rəqibimizlə başabaş mübarizə apardıq. Lakin təcrübəsizlik öz sözünü dedi. Buna baxmayaraq, öz futbolçularımın oyunundan razı qaldım. Rəqibin heyətində Benouahini fərqləndirmək istərdim. Hər iki komanda gözəl mübarizə apardı. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram”.
