28 noyabr 2010 17:17
Nazim Süleymanov Tovuz stadionunun qazonundan şikayətləndi
AZAL klubunun baş məşqçisi Nazim Süleymanov bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində səfərdə keçirilən Turan ilə səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təyyarəçilər`in çalışdırıcısı 2:1 hesablı qələbə qazandıqları oyundan sonra bunları dilə gətirib:
“Çox yaxşı oyun alındı, komandalar bərabər mübarizə apardı. Meydançanın vəziyyəti oynamaq üçün əlverişli deyildi. Turan`ın baş məşqçisi çox təcrübəlidir, gələcək oyunlarda uğurlar arzulayıram. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Hansı komanda üzərində qazanılmasından asılı olmayaraq, qələbə - qələbədir”.
