28 noyabr 2010 17:28
Qurban Qurbanov: Qarabağ psixoloji gərginlikdən qurtula bilmir
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov bu gün Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən Neftçi ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı minimal hesablı məğlubiyyətdən sonra komandasının hələ də özünə gələ bilməməsindən şikayətlənib:
“Çox danışmayacam. Hamı oyunun necə keçdiyini gördü. Futbolçularımızın rəqibə qarşı əzmkar mübarizəsi xoşuma gəldi. Ancaq düşünürəm ki, Qarabağ hələ də psixoloji gərginlikdən qurtula bilməyib. Adamiya yorğun olduğu üçün ehtiyatda saxlamışdım”.
