28 noyabr 2010 17:38
Arif Əsədov: Biz düzgün seçim etdik və qələbə qazandıq
Neftçi`nin baş məşqçisi Arif Əsədov bu gün keçirilən Premyer Liqanın 15-ci turunun Qarabağ`la oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı minimal hesabla qələbə qazandıqları oyunla bağlı bunları söyləyib:
“Bu komandaların oyunları həmişə gərgin alınır. Son 5 ildə Neftçi Qarabağ`a qalib gələ bilmirdi. Lakin düşünürəm ki, bu gün çox düzgün seçim etdik, hücumçuların sayını artırmaqla, lazımı qələbəni əldə edə bildik”.
