28 noyabr 2010 18:09
Vitali Kovalyov yenə oynamadı, komandası 1 xal qazandı
Türkiyə Bank Asiya birinci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu gün həmyerlimiz Vitali Kovalyovun düşərgəsində yer aldığı Kartalspor da növbəti oyununa çıxıb.
Doğma meydanda digər həmyerlimiz, Bakı`nın üzvü Rəhman Hacıyevin yayda keçmək istədiyi Altay klubunu qəbul edən Kovalyovun komandası növbəti xal itkisi ilə üzləşib. Qarşılaşma başladığı kimi – 0:0 hesabıyla da başa çatıb. Baş məşqçi Ergün Penbe həmişəki kimi, bu dəfə də həmyerlimizə oynamaq şansı yaratmayıb.
Bu nəticədən sonra xallarının sayını 12-yə çıxaran Kartalspor 14-cü pillədə qərarlaşıb. Millimizin sabiq üzvləri – İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduqları Mersin İdman Yurdu isə dünən qazandıqları qələbə sayəsində 20 xalla 6-cı sırada qərarlaşıblar və liderlə aralarında cəmi 6 xallıq fərq var.
