28 noyabr 2010 18:27
Oxucularımız Azərbaycan derbisinin nəticəsini öncədən görürdü
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə Qarabağ - Neftçi dueli necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımız sözügedən Azərbaycan derbisinin nəticəsini düzgün müəyyənləşdiriblər.
Məsələ burasındadır ki, sorğuda iştirak edən azarkeşlərin 53 faizi məhz Neftçi`nin qələbə qazanacağını öncədən görürdü. Respondentlərin 36 faizi Qarabağ`ın qələbə qazanacağını proqnozlaşdırırdısa, 18 faiz oxucumuz da tərəflərin meydandan heç-heçə ilə ayrılacağını düşünürdü.
Qeyd edək ki, bu gün keçirilən Qarabağ – Neftçi duelində paytaxt təmsilçisi minimal hesabı qələbəyə sevinib.
