28 noyabr 2010 20:22
Güclü qar yağışı İtaliya çempionatının da bir oyununu təxirə saldı
Bu gün İtaliya A Seriyasının 13-cü turu çərçivəsində keçirilməli olan Bologna – Chievo oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna səbəb güclü qar yağması olub.
Qeyd edək ki, Avropanın bəzi ölkələrini bürüyən güclü qar yağışları dünən Fransa çempionatının Brest - Lens oyununun da hesab 0:0 olarkən, fasilədə yarımçıq dayandırılmasına səbəb olmuşdu.
