29 noyabr 2010 00:01
Neftçi uduzsaydı...
Azərbaycan Premyer Liqasının cari mövsümündə daha bir tura “əlvida” dedik. Azerisport.az xəbər verir ki, hesabat turu daha çox Bakı – Xəzər Lənkəran və Neftçi – Qarabağ duelləri ilə daha çox diqqət çəksə də, hər halda maraq doğuran başqa məqamlar da az olmadı. Şənbə günü keçirilən oyunlarla bağlı fikirlərimizi sizlərlə bölüşdüyümüzdən, bu dəfə sadəcə bazar günü baş tutan qarşılaşmalara toxunacağıq.
Şübhəsiz ki, son turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda əzəli rəqiblər olan Qarabağ`la Neftçi arasında keçirilən görüş idi. Cari mövsümün açılış turunda qarşılaşan komandalar o zaman 1:1 hesablı heç-heçəyə nail olmuşdular. Bu dəfəki oyunda isə hər iki komandanı yalnız qələbə qane edə bilərdi. Ötən tur Qəbələ ilə oyunda əldə edilən qolsuz bərabərlik izləyicilərinin Neftçi ilə xal fərqini azaltmasına səbəb oldu. Son 5 oyununda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət alan Ağdam təmsilçisi isə uğursuz seriyaya son qoymaq niyyətindəydi.
Ancaq məhz son uğursuzluqlarının şokunu və azarkeşlərinin təzyiqini üzərindən ata bilməməsi Ağdam klubuna baha başa gəldi. Fasiləyədək qapılarını toxunulmaz saxlayan tərəflərin ikinci hissədəki mübarizəsində Ruslan Abışovun vurduğu qol “ağ-qaralar”a qələbə qazandırdı. Qazanılan 3 xal həm də Neftçi`nin əsas rəqiblərini qabaqlamasına gətirib çıxardı. Halbuki, Ağdam klubu bu görüşdə qələbə qazansaydı, çempionatımızdakı mübarizə daha maraqlı və gərgin alına bilərdi.
Məsələ burasındadı ki, bir gün öncə Bakı ilə dueldə heç-heçə edən Xəzər Lənkəran kimi, AZAL da Tovuzda Turan`a qalib gəlməklə, Neftçi ilə xallarını (31) bərabərləşdirmişdi. Yəni Azərbaycan derbisinin gedişində artıq ilk pilləni eyni xala malik 3 komanda bölüşürdü. Ağdamlılar rəqibini məğlub edəcəyi halda, həmin gərginlik ən azı bir həftə qüvvədə qalmış olacaqdı. Gəl ki, Neftçi`nin minimal hesablı qələbəsi yenidən liderin vahidliyini zəruriləşdirdi.
Rəqibi Turan olsa da, hər halda AZAL-ın cari mövsüm uğurlu çıxışını davam etdirməsinə də toxunmağa dəyər. Deyəsən, Nazim Süleymanovun da komandası Qəbələ kimi, əsas rəqiblərinin bir-biri ilə didişməsindən yararlanaraq, inamla zirvəyə doğru irəliləyir. “Təyyarəçilər”in bu yüksəlişinin hara qədər davam edəcəyi isə maraqla gözlənilir.
Sonda bir neçə kəlmə son ölkə çempionu İnter`in məğlubiyyətinə də toxunmaq istərdik. Paytaxt klubu artıq geridə qalan turlarda 4-cü məğlubiyyətini almaqla, heç də çempionluğa layiq olmadığını isbatlamış oldu və güman ki, bu gedişlə titulunu qoruya bilməyəcək. Ancaq son yenilginin məhz problemlərlə zəngin Muğan qarşısında alınması, bu komandanın heç də sabit oyun sərgiləmək iqtidarında olmadığını da göstərmiş oldu.
Azərbaycan Premyer Liqası
15-ci tur
Muğan - İnter - 1:0
28 noyabr 2010. Saat 13:00. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Sarı vərəqələr: Miloş Zeçeviç, 33 - Bronislav Çervenka, 35; İlia Kandelaki, 50.
Qol: Anxel Qutyerres, 77.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
Muğan: 1. Amil Ağacanov, 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 7. Elnur Abdullayev (k) (17. Ravi Rəhmanov, 90+2), 8. Tural Axundov, 9. Elşən Məmmədov, 11. Dan Pisla (10. Saşko Pandev, 75), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 77. Reys Klaudiney (19. Zaur Əsədov, 65).
Ehtiyat oyunçular: 12. Cavid Səfərov, 18. Davit Svanadze, 21. Ceyhun Abdullayev, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki (88. Kaxaber Mjavanadze, 89), 19. David Odikadze (20. Girts Karlsons, 78), 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus, 35. Mario Santana (14. Petar Zlatinov, 63).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 9. Rövşən Əmiraslanov, 23. Şəhriyar Rəhimov, 84. Filipe Maçado.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan - AZAL - 1:2
28 noyabr 2010. Saat 14:00. Tovuz şəhər stadionu. 2300 tamaşaçı
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Sarı vərəqələr: Georgi Çediya, 76 - Cahangir Həsənzadə, 72, Viktor İbekoyi, 85.
Qollar: Muammer Erdoğdu, 58 - Zohair Benouahi, 12; 53.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov (7. Qalib Əmrahov, 74), 3. Vurğun Hüseynov (k), 4. Ruslan Namazov (16. Şalva Pirtsxalava, 69), 5. Muammer Erdoğdu, 10. Xəyal Qarayev (11. Azər Məmmədov, 40), 14. Viktor Qonta, 15. Cavid Tağıyev, 18. Hafiz Əliyev, 24. Georgi Çediya, 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 17. Orxan İsmayılov, 19. Rəşid Həsənov, 78. Romuald Onana.
Baş məşqçi: Revaz Dzodzuaşvili.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov (23. Pius İkedia, 46), 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (16. Samir Abdulov, 90+1), 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 17. Vüsal Qarayev (15. Qvidas Yuska, 71), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Eleandro Pema, 19. Hüseyn Axundov, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Qarabağ - Neftçi - 0:1
28 noyabr 2010. Saat 15:00. Tofiq Bəhramov adına Respublika stadionu. 2500 tamaşaçı
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Sarı vərəqələr: Rəşad Abdullayev, 45+1, Cavid İmamverdiyev, 62, Denis Silva, 90+3.
Qol: Ruslan Abışov, 56.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev (10. Emin İmaməliyev, 61), 4. Zaur Həşimov, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 11. Rauf Əliyev, 16. Rəşad Kərimov (77. Georgi Adamiya, 59), 17. Vüqar Nadirov (8. Aslan Kərimov, 80), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 5. Maksim Medvedev, 72. Devran Ayhan.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 14. Bahodir Nasimov (19. Mirhüseyn Seyidov, 84), 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 17. Araz Abdullayev (11. Cavid Hüseynov, 71), 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 28. Amit Quluzadə (10. Emil Mpenza, 29).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 26. Tural Nərimanov.
Baş məşqçi: Arif Əsədov.
15-ci turun noyabrın 27-də keçirilən oyunlarının nəticələri: BAKI – XƏZƏR LƏNKƏRAN – 1:1, GƏNCƏ – MOİK - 1:0, QƏBƏLƏ – SİMURQ - 4:0.
| 1 | Neftçi | 15 | 10 | 4 | 1 | 30 | - | 7 | 34 |
| 2 | XL | 15 | 9 | 4 | 2 | 17 | - | 7 | 31 |
| 3 | AZAL | 15 | 9 | 4 | 2 | 22 | - | 8 | 31 |
| 4 | inter | 15 | 8 | 3 | 4 | 13 | - | 10 | 27 |
| 5 | Qəbələ | 15 | 6 | 5 | 4 | 13 | - | 7 | 23 |
| 6 | Bakı | 15 | 6 | 4 | 5 | 22 | - | 17 | 22 |
| 7 | Qarabağ | 15 | 6 | 3 | 6 | 15 | - | 12 | 21 |
| 8 | Gəncə | 15 | 4 | 7 | 4 | 20 | - | 20 | 19 |
| 9 | Muğan | 15 | 3 | 5 | 7 | 7 | - | 16 | 14 |
| 10 | Turan | 15 | 2 | 5 | 8 | 12 | - | 23 | 11 |
| 11 | Simurq | 15 | 1 | 4 | 10 | 9 | - | 25 | 7 |
| 12 | MOİK | 15 | 1 | 2 | 12 | 5 | - | 33 | 5 |
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Qvidas Yuşka (AZAL), Junivan Suares (Gəncə) – 8...
