29 noyabr 2010 13:08
Türkiyəli hakim Liverpool`un oyununu idarə edəcək
UEFA Türkiyənin FIFA dərəcəli referisi Bülənt Yıldırıma yeni təyinat verib. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının K 1rubunda Steaua (Bükreş) ilə Liverpool arasında oynanılacaq qarşılaşmanı məhz Büləntin rəhbərlik etdiyi türkiyəli ədalət təmsilçiləri idarə edəcək.
Bülənt Yıldırımın yardımçıları isə Mustafa ƏmrƏ Eyisoy və Cem Satman olacaq. Hakan Özkan da matçın dördüncü hakimi olacaq.
