29 noyabr 2010 13:22
Xəzər Lənkəran Neftçi`yə etiraz məktubu ünvanladı
Neftçi azarkeşlərinin son dövrlər stadionlarda etdiyi hərəkətlər, səsləndirdiyi şüarlar Xəzər Lənkəran tərəfinin ciddi narazılığına səbəb olub. Azerisport.az xəbər verir ki, məhz bu üzdən cənub klubunun rəhbərliyi bununla bağlı rəsmi etirazını bildirməyə ehtiyac duyub.
Nəticədə Xəzər Lənkəran rəsmiləri bu gün paytaxt klubunun ünvanına etiraz məktubu ünvanlayıb. Dünən keçirilən Qarabağ – Neftçi oyununda da eyni halların təkrarlanmasını, qarşılaşmanı canlı izləyən qapıçı Kamran Ağayevi, həmçinin Lənkəran klubunun şərəf və ləyaqətini təhqir edən şüarlar səsləndirilməsini pisləyən cənublular məktubda həmin azarkeşlərin kimliyinin araşdırılmasını xahiş ediblər.
