29 noyabr 2010 14:29
Minsk də İnter`ə rəqib olmaq istəmədi
Belarus çempionatının bürünc mükafatçısı Minsk də Birlik kubokunda iştirak etmək istəmir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bunu Belarus Futbol Federasiyasına rəsmi məktublarında bəyan edib.
Qeyd edək ki, Belarusu Birlik kubokunda BATE təmsil etməliydi. Lakin son ölkə çempionu yarışda iştirakdan boyun qaçırdığından, növbə gümüş mükafatçı Soliqarsk Şaxtyor`una çatdı. Gəl ki, Minsk`dən öncə, Şaxtyor rəhbərliyi də turnirə qatılmaqdan imtina etmişdi.
Qeyd edək ki, Birlik kubokunda ölkəmizi son ölkə çempionu İnter təmsil edəcək. Belarusdan isə yarışa hansı klubun təşrif buyuracağı maraqla gözlənilir. Hər halda hazırda bütün diqqətlər Dinamo`ya yönəlib. Mövsümü 4-cü pillədə başa vuran Minsk təmsilçisinin hansı qərarı verəcəyi dəqiq bilinmir.
