29 noyabr 2010 14:53
Kamran Ağayev: Meydanda onlara reaksiyam tam fərqli olardı
Azərbaycan milli komandasının və Xəzər Lənkəran`ın qapıçısı Kamran Ağayev dünən Nefçti azarkeşlərinin onun ünvanına səsləndirdiyi şüarlara münasibətini açıqlayıb. Azerisport.az-a açıqlamasında təcrübəli qapıçı bunları söyləyib:
“Qoy nə istəyirlər, onu da etsinlər. Belə şeyləri sevmirəm. Buna diqqət ayırmaq belə istəmirəm. Elə etdim ki, heç onlar mənimlə deyildilər. Ancaq meydanda olsaydım, reaksiyam tam fərqli olardı. Bir sifəti yadda saxla, sonra lazım olanı et”.
