29 noyabr 2010 15:37
Suraxanı qəsəbə stadionu tam hazır vəziyyətdə (FOTO)
Qarabağ yenidən Suraxanıya qayıdır. Azerisport.az xəbər verir ki, artıq Premyer Liqanın növbəti turunda Ağdam klubu İnter`i Tofiq İsmayılov adına stadionda qəbul edəcək.
Məlum olduğu kimi Suraxanı qəsəbə stadionun qazonu yararsız vəziyyətə düşdüyünə görə, klub rəhbərliyi tərəfindən təmirə bağlanmışdı. Uzun sürən çalışmalardan sonra stadionun qazonu ideal vəziyyətə gətirilib. Məhz bu üzdən komanda dekabrın 4-də İnter`i yeni məkanda qəbul edəcək.
