29 noyabr 2010 16:37
Rauf Əliyev: Qarabağ`a sadəcə göz dəyib
Qarabağ`ın və milli komandamızın hücumçusu Rauf Əliyev komandasının Neftçi ilə Premyer Liqanın son turundakı oyununa dair fikirlərini səsləndirib. Azerisport.az-a açıqlamasında gənc forvard bunları söyləyib:
“Bizə sadəcə göz dəyib. Son nəticələrimizə başqa cür izah tapa bilmirəm. Bütün klublar ancaq bizimlə oyunlardan danışırlar. Neftçi ilə oyunda hakim iki təmiz penaltimizi vermədi. Hesab heç də oyuna görə olmadı”.
