29 noyabr 2010 17:37
Quti: Yazılanlar doğru olsa, həbsdə olardım
Beşikaş`ın dünya şöhrətli ulduzlarından olan ispaniyalı futbolçu Quti bu gün klubun bazasında mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, bir çox məsələlərlə bağlı münasibətini açıqlayan təcrübəli futbolçunun qələm əhliylə görüşünün əsas məqsədi, son günlər dünya mətbuatına ildırım sürətiylə yayılan şok məlumatlara aydınlıq gətirmək olub.
Qeyd edək ki, bir neçə gün öncə İspaniya mətbuatı azyaşlı qızlarla münasibət qurmaqda günahlandırılan bir neçə nəfərin saxlanıldığını, həmin pozğun yuvaya rəhbərlik edən şəxsin isə Qutinin də həmin məkanda olmasını iddia etdiyini yazmışdı. İldırım sürətilə bütün dünyaya yayılan bu məlumatlara münasibət bildirərkən, ispaniyalı futbolçu bütün bunları yalan adlandırıb: “Yazılanlar doğru olsaydı, yəqin ki, indi həbsdə olardım. Bu barədə deyilənlər həqiqəti əks etdirmir”.
