29 noyabr 2010 11:27
Millimiz bu gündən təlim-məşq toplanışına başlayır
Bu gündən etibarən dekabrın 1-nə qədər Bakı şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sərin” otelinin ərazisində məşq edəcək komandanın hazırlıq prosesinə adları aşağıda göstərilmiş futbolçular dəvət olunub:
Osman Umarov, Səlahət Ağayev, Andrey Popoviç, Qara Qarayev, Tural İsgəndərov, Araz Abdullayev, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Novruz Məmmədov, Amit Quluzadə, Ruslan Qurbanov, Fərrux Rəhimov, Emin Cəfərquliyev, Rüstəm Abasov, Emin Mustafayev, Eşqin Quliyev, Emin Mehdiyev, Cavid İmamverdiyev, Orxan Həsənov, Murad Səttarlı, Zahid Quliyev, Səddam Hüseynov.
Qeyd edək ki, U-21 bu gün saat 16:00-da, noyabrın 30-da saat 10:00 və 16:00-da, dekabrın 1-də isə saat 10:00-da məşq edəcək.
