29 noyabr 2010 11:48
Qarabağ: Rövşən Əhmədov iki penaltimizi vermədi
Dünən Azərbaycanın ən tarixi derbisi 40-cı dəfə baş tutdu. Azerisport.az xəbər verir ki, ölkə futbol tarixində bütün çempionatların iştirakçıları olan Qarabağ və Neftçi Tofiq Bəhramov adına Respuiblika stadionunda tarixlərinə, adlarına yaraşan mücadiləyə çıxdılar. Mərkəzi arenaya toplaşmış 3000-dən çox azarkeş futbol-şousundan zövq almaqdan heç bir çətinlik çəkmədi. İngilissayağı vurulmuş qol, tirdən dönən zərbə, qapıçı seyvləri bir sözlə hər şey futbolun estetikasına xidmət edirdi.
Amma bu qarşılaşmada məğlub olan Ağdam klubu 0:1 hesablı məğlubiyyəti heç də ədalətli hesab etmir. Onlar xüsusilə hakim idarəçiliyindən ciddi şəkildə narazı qalıblar. Əsas narazılıq isə iki epizodla bağlıdı:
“Görüşün 52-ci dəqiqəsində Rauf Əliyevi qucaqlayıb yerə yıxırlar, Əhmədov penalti verməyi ağlından belə keçirmir. Və oyunun 80-ci dəqiqəsi. Bu dəfə Raufun zərbəsi Mitreskinin açıq əlinə dəysə də yenə Rövşən Əhmədov fərqli qərar verir”.
