29 noyabr 2010 12:00
AFFA yığma komandamıza yeni baş məşqçi tapdı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Vəli Qasımova həvalə olunub.
Qeyd edək ki, Vəli Qasımov eyni zamanda Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışır. Məlumatda bildirilir ki, o, həmin işində də fəaliyyətini davam etdirəcək. U-19-a isə ona kimi, həm də 21 yaşlılardan ibarət millimizin çalışdırıcısı Bernard Lippert rəhbərlik edirdi.
