29 noyabr 2010 12:38
Qarabağ yoldaşlıq oyunu keçirmək üçün Antalyaya gedir
Qarabağ`ın qış fasiləsi dönəmindək hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu həmişə olduğu kimi, bu dəfə də təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə, bir qədər də dəqiqləşdirsək, Antalyaya yollanacaq.
Hələlik Qurban Qurbanovun komandasının qardaş ölkədə nə qədər müddətə qalacağı dəqiqləşməsə də, hazırlıq prosesi çərçivəsində 4 sınaq matçının keçirilməsi planlaşdırılır. Rəqiblər isə bundan sonra müəyyələşəcək.
