29 noyabr 2010 12:47
UEFA-nın bu ay Bakıda keçirdiyi 3-cü seminar başladı
Bu gün Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunmuş marketinqlə bağlı seminar öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Baş katib bu seminarın Bakıda təşkil olunmasına dəstək verdiyinə görə UEFA rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra İsveçrə Futbol Federasiyasının Marketinq Departamentinin rəisi, UEFA təlimatçısı Peter Qelton çıxış edərək seminarın proqramı barədə məlumat verib və müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən seminar noyabrın 30-da başa çatacaq.
Qeyd edək ki, bu seminara kimi, UEFA-nın noyabr ayında Bakıda daha iki seminarı baş tutub.
