30 noyabr 2010 13:00
U-17-nin oyunları Xorvatiyada keçiriləcək
Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-2012-ci il mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, yığmamız 7-ci qrupda Xorvatiya, Ukrayna və Belçika komandası ilə mübarizə aparacaq.
Artpq bu qrupun oyunlarının keçirilmə yeri və vaxtı da müəyyənləşib. Belə ki, millimizin oyunları 2011-ci il oktyabrın 25-də, 27-də və 30-da Xorvatiyada keçiriləcək.
