30 noyabr 2010 13:14
Nadir Qasımov hakimi söydü, 5 oyunluq cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin iclasında birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının son turu ilə də bağlı qanun pozuntularına hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilmişdir:
Birinci divizionunun 12-ci turunun Energetik – Rəvan matçının 76-cı dəqiqəsində Energetik`in futbolçusu Vüqar Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Şuşa – Şəmkir matçının 71-ci dəqiqəsində Şuşa`nın baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
Neftçi İSM – MKT-Araz matçının 81-ci dəqiqəsində MKT-Araz-ın futbolçusu Elnur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Ədliyyə – Anşad Petrol matçının 61-ci dəqiqəsində Ədliyyə`nin futbolçusu Samir Həsənovla Anşad Pertol`un futbolçusu Xətai Bağırov aqressiv oyuna görə (rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanıb, klubları 400 manat cərimə olunub.
