30 noyabr 2010 13:44
Foqts əsas paytaxt derbisini izləyə biləcək
Millimizin baş məşqçisi Berti Foqtsun Bakıya qayıdacağı tarix dəqiqləşib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis dekabrın 9-da paytaxtımıza gələcək.
Onun səfəri 17-ci turun oyunları ərəfəsinə təsadüf edəcək ki, belədə millimizin çalışdırıcısı həmin turda keçiriləcək Neftçi və Bakı arasındakı əsas derbini izləmək imkanı da qazanmış olacaq. Bundan əlavə dekabr ayında milli komandamızın təlim-məşq toplanışı da planlaşdırılır. Ölkəmizdə olduğu müddətdə, Foqtsun klub rəhbərlərilə görüşü də nəzərdə tutulub.
