30 noyabr 2010 14:03
Yığmamızın İtaliya ilə oyununun vaxtı müəyyənləşdi
Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2011-2012-ci il mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, yığmamız 3-cü qrupda İtaliya, Rumıniya və İsveç komandası ilə mübarizə aparacaq. Bu qrupun oyunları isə 2011-ci il oktyabrın 6-da, 8-də və 11-də İsveçdə keçiriləcək.
