30 noyabr 2010 14:27
Rəşad Sadıqovun komandası qonşu ölkələrə yeni oyunçular üçün axtarışa çıxıb
Yığmamızın müdafiəçisi Rəşad Sadıqovun şərəfini qoruduğu Eskişehirspor klubu artıq heyətini gücləndirmək yönündə işlərə start verib. Azerisport.az-ın məlumatına görə, bu haqda komandanın köməkçi-məşqçisi Sefer Yılmaz açıqlama verib. O, dünən Kayserispor`la oyunun hazırlıqlarına start verməzdən öncə jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Bugündən etibarən 6 dekabrda səfərdə oynayacağımız Kayserispor matçına hazırlaşırıq. Həmin oyunda da qələbə qazanmaq istəyirik. Hər həftə qarşılaşacağımız komandaları izləyib, rəkiblərimizin analizini aparırıq. Bu çalışmalarımızda da uğur qazana bilirik. Hazırda köməkçi məşqçilərimiz Bayram Bektaş və Toprak Kırtoğlu da ölkə xaricində futbolçu axtarır. Transfer etmək istədiyimiz oyunçuları uzun müddət izləyirik. Bütün mövsüm boyunca, müəyyənləşdirdiyimiz futbolçuların 3-4 matçını izləyəcəyik”.
