30 noyabr 2010 16:58
UEFA-nın noyabrda Bakıda təşkil etdiyi 3-cü seminar da başa çatdı
Bu gün Bakıda UEFA-nın dəstəyi ilə təşkil olunmuş marketinqlə bağlı seminar öz işinə yekun vurub. Azerisport.az xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən seminar dünən start götürmüşdü. Qeyd edək ki, bu seminara kimi, UEFA-nın noyabr ayında Bakıda daha iki seminarı baş tutmuşdu.
