30 noyabr 2010 17:22

Uinston Parks: PFL həlledici oyunlara xarici hakimləri cəlb etsin

Xəzər Lənkəran`ın hücumçusu Uinston Parks azerisport.az-a müsahibəsində Azərbaycan çempionatının 15-ci turunda Bakı ilə oyun (1:1), hakimlik və öz qolları haqda danışıb.
 
- Bakı ilə son oyunu sizin komandanın hesabına yazmaq olar?
- Nəzərə alsaq ki, biz səfərdə oynayırdıq, onda heç də pis nəticə deyil. Heyf ki, hesabı açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Hər halda xal yığmağa davam etməyimiz sevindirir.
 
- Xəzər Lənkəran öz qələbəsini ikinci hissədə əldən verdi. Siz özünüz geri çəkildiniz ya rəqib buna vadar etdi?
- Bizim belə planımız yox idi. Rəqibin bizi öz qapımıza sıxması normal haldır. Axı onlar evdə və qələbəyə oynayırdılar. Bakı`nın güclü hücum xətti var. Zədə səbəbi ilə bir neçə oyunçumuzun yoxluğu oyunumuza təsir göstərdi.
 
- Yeri gəlmişkən, oyunda fərqlənə bildiniz. Bu mövsümdə məhsuldarlığınızdan razısınız?
- Yox. 15 oyunda 5 qol məni qane edəcək məhsuldarlıq deyil. Bəzi oyunçuların yoxluğu məni meydanda başqa öhdəliklər yerinə yetirməyə məcbur edir ki, bu da məni rəqib qapısından uzaq salır. Belə vəziyyətdə qollar ikinci plana keçir.
 
- Çoxları hakimlikdən narazı qaldı.
- Bu haqda nəinki bizim komandaya yaxın insanlar, çoxları danışır. Ölkənin bütün futbol ictimaiyyəti bu haqda danışır. Bu, biabırçılıqdır. Biz həftə boyunca işləyirik ki, bunu hakimlər korlasın? Onlar futbolu nə ilə isə dəyişik salırlar. Mən sadəcə buna izah tapa bilmirəm. Hesab edirəm ki, hakimlik mövzusu Azərbaycan futbolunda ən mühüm məsələdir.
 
- Qorxmursunuz ki həlledici məqamda hakim səhvləri təkrarlansın?
- Mən məhz bundan qorxuram. Belə hakimlərlə bu, mümkündür. Onda mövsüm boşuna keçəcək. Qoy PFL həlledici oyunlara xarici hakimləri cəlb etsin.
 
- Bakı ilə oyunun qənaətbəxş nəticəsindən danışırsınız. Ancaq əsas rəqibiniz Neftçi Qarabağ`ı minimal hesabla məğlub edərək sizdən üç xal uzaqlaşdı.
- Bu, 15-ci turdakı heç-heçənin mənfi tərəfidir. Qorxulu heç nə yoxdur. Bizim hələ Neftçi ilə oyunumuz var. Lənkəranda qələbə qazandıq, Bakıda da bunu edə bilərik. Kimin güclü olduğunu biz hələ göstərəcəyik. Digər tərəfdən, onların Qarabağ`la oyununu görmüşəm və müşahidələrimə görə hakim iki dəfə bakılıların qapısına penalti təyin etmədi.
 
- Qarşıda turnir cədvəlinin ikinci altılığında yerləşən komandalarla üç oyun var - Turan, Gəncə və MOİK ilə...
- Belə oyunlarda xallar qazanmaq lazımdır. Üç oyun bizim üçün çox vacibdir. Qələbəni heç kim bizə mübarizəsiz verməyəcək və buna görə də mübarizə aparmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.