30 noyabr 2010 17:51
Ağasəlim Mircavadov: İnter Sankt-Peterburqa ancaq qələbə üçün getməlidir
Milli komandamızın və Xəzər Lənkəran`ın sabiq məşqçisi Ağasəlim Mircavadov hesab edir ki, son ölkə çempionu İnter mütləq Birlik Kubokuna getməlidir. Azerisport.az-a açıqlamasında təcrübəli mütəxəssis, paytaxt klubunun eyni zamanda hətta turnirin qalibi olmaq üçün əlindən gələni etməli olduğunu bildirib:
“İnter rəhbərliyi artıq indidən qərar verməlidir ki, qələbə qazanmaq üçün Sankt-Peterburqa getməyə dəyərmi? Əgər onlara gənc, yeni futbolçuları yoxlamaq lazımdırsa, bu da işdi. Ancaq İnter`ə bu kubok da lazımdı. Onların düşərgəsində kifayət qədər futbolçu var ki, bu turnirdə qələbə qazanaq bilsinlər, eyni zamanda ölkə çempionatında da uğurlu çıxışlarını davam etdirsinlər”.
