30 noyabr 2010 18:01
Neftçi: Xəzər Lənkəran`dan bizə məktub daxil olmayıb!
Neftçi futbol klubu rəsmi saytı vasitəsilə təkzib bəyanatı yayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu son günlər azarkeşlərinə görə onlara məktub ünvanladıqlarını iddia edən Xəzər Lənkəran rəhəbrliyinin bu iddiasını yalanlayıblar. Bəyanatı olduğu kimi təqdim edirik:
“Son günlər mətbuatda Xəzər Lənkəran klubunun Neftçi PFK-ya komandanın azarkeşləri ilə bağlı etiraz məktubu göndərdiyi haqda yazılar dərc olunur. Lakin Neftçi PFK olaraq, bəyan edirik ki, 2010-cu ilin noyabr ayında kluba Xəzər Lənkəran`dan heç bir məktub daxil olmayıb”.
