30 noyabr 2010 18:18
Şahin Diniyev Gəncə`yə keçidi barədə danışdı
Rusiyanın Terek klubunun və millimizin sabiq məşqçisi Şahin Diniyev Gəncə klubuna qayıdışına dair gəzən söz-söhbətə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında təcrübəli mütəxəssis bunları dilə gətirib:
“Mənə Gəncə`dən heç bir təklif gəlməyib. Hazırda olmayan nəsə haqda danışmaq düz olmazdı. Gizlətmirəm, mənə Rusiya və Qazaxıstan klublarından təklif olsa da, onları qəbul etmədim. Çünki ailə problemlərinə görə, ölkə xaricindəki fəaliyyətimi davam etdirə bilmərəm”.
