30 noyabr 2010 21:10
Mahir Şükürovun komandası Bakı`yla oynamaq istəyir
Rusiyanın Anji klubu Azərbaycana gəlmək istəyir. Bu haqda azerisport.az-a açıqlamasında Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev özü məlumat verib:
“Gələn il fevralına 28-də bizim Zenit`lə kubok oyunumuz təyin olunub. Rusiya çempionatının oyunları martın 11-12-də başlayır. Gördüyünüz kimi bizim çox az vaxtımız olacaq. Komandam ilə Bakıya gəlib orda təlim-məşq toplanışı keçirməyə, həmçinin yerli komandaların biri ilə görüşməyə şad olardım. Heyf ki, bu il Bakı ilə nəzərdə tutulmuş oyun baş tutmadı. Təəssüf ki bu bizdən asılı deyildi. Əgər Bakı yenidən təklif etsə, biz məmnuniyyətlə təklifi qəbul edərik”.
