30 noyabr 2010 11:38
Qvardiola: Barcelona daha güclü idi
Barcelona`nın sükanı arxasında 5-ci dəfə El Klasiko matçına çıxan və növbəti qələbəsini qazanan Pep Qvardiola, oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısının Messi olduğunu bildirən mütəxəssis komandasının da çox yüksək səviyyəli futbol sərgilədiyini və layiqli qələbə qazandığını söyləyib:
“'Bu gün Barça daha güclü idi. Ancaq sadəcə xal öndəyik və Real Madrid hər zaman öz sözünü deməyi bacarır. Həmişə yaxşı oynamaq üçün meydana çıxırıq və bütün matçları qazanmaq istəyirik. Fikrimcə, bugünkü qarşılaşmanın ən yaxşısı da Messiydi”.
Qələbəni sabiq baş məşqçi Karles Reksaç və klubun əfsanələrindən olan Yohan Kroyffa həsr etdiklərini bildirən ispaniyalı mütəxəssis bunları da əlavə edib: “Bu önəmli qələbəni onlara ithaf edirik. Bizə belə oynamağı öyrədən onlar olub. Bu futbol tam 15 illik bir zəhmətin meyvəsidi”.
