30 noyabr 2010 11:54
Branimir Subaşiç MOİK-lə oyuna hazır olacaq
Premyer Liqasının 12-ci turunda Xəzər Lənkəran`a qarşı keçirilən oyunda zədələnən Qəbələ`nin və millimizin hücumçusu Branimir Subaşiçin bərpa prosesi davam edir. Azerisport.az xəbər verir ki, artıq məşqlərə başlayan 28 yaşlı futbolçu həftəsonu keçiriləcək oyunda komandasına yardım edə biləcək.
Qeyd edək ki, Qəbələ Premyer Liqanın 16-cı turu çərçivəsində MOİK klubunun qonağı olacaq.
