30 noyabr 2010 00:14
Millimizin rəqibi alman və rus mütəxəssisə tapşırıla bilər
Rusiyalı mütəxəssis Ravil Sabitov yaxın vaxtlarda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi təyin oluna bilər. Azerisport.az xəbər verir ki, oktyabr ayında qovulan Bernd Ştorkun göstərdiyi qeyri-qənaətbəxş nəticələrə görə, bu post artıq xeyli müddətdir ki, boş qalıb.
Bir il qabaq Sabitov Kustanay Tobol`una rəhbərlik edib. Mövsümün nəticələrinə görə, onun komandası Qazaxıstan tarixində ilk dəfə çempion olub və gələn yay Avropa Çempionlar Liqasında debüt edəcək.
Qeyd edək ki, bu posta daha bir namizəd Astana Lokomotiv`inə rəhbərlik edən almaniyalı mütəxəssis Holger Faxdır.
