30 noyabr 2010 12:23
Mourinyo: Məğlubiyyət, haqqımız idi
El Klasikoda Barcelona`ya 5 cavabsız qollla məğlub olan Madrid Real`ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, əzəli rəqib qarşısında bu şəkildə oynayınca, məğlubiyyətin qaçılmaz olduğunu ifadə edib:
“Bir komanda çox yaxşı oynadı, digəri isə çox pis. Bir komanda qazanmağı haqq etdi, digəri isə məğlubiyyəti”.
Bu məğlubiyyətin bir aşağılanma olub-olmadığıyla bağlı suala da cavab verən Mourinyo, karyerasıda heç vaxt 5 cavabsız qolla yenilmədiyini və məğlubiyyətlə üzləşəndən sonra hesabı həzm etmək məcburiyyətində qaldıqlarını da etiraf edib.
