30 noyabr 2010 12:34
Xəzər Lənkəran Turan`la oyunun hazırlıqlarına başladı
Premyer Liqanın 15-ci turu çərçivəsində Bakı ilə keçirilən oyundan (1:1) sonra bir günlük istirahətə buraxılan Xəzər Lənkəran`ın futbolçuları artıq növbəti oyunun hazırlıqlarına start veriblər. Azerisport.az xəbər verir ki, komanda üzvləri dünəndən etibarən bir araya gəliblər.
Bu gün isə komanda Lənkərana yola düşəcək. Saat 16:00-da komanda axşam məşqini stadionun yardımçı meydançasında keçirəcək. Zədəli Emeka Opara və Dieqo Souza istisna olmaqla, digər bütün futbolçuların məşqdə iştirak edəcəyi gözlənilir.
