30 noyabr 2010 12:41
AFFA MOİK-ə cərimə, futbolçusuna cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
15-ci turun Gəncə – MOİK matçının 30-cu dəqiqəsində MOİK-in futbolçusu Nuran Qurbanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
